İsrail qırıcıları Hizbullahın Beyrutun cənubundakı obyektlərinə hücum ediblər

09.11.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livan paytaxtının cənubunda "Hizbullah" təşkilatının obyektlərinə hücum ediblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli mülki müdafiə xidmətindəki mənbə məlumat verib.

Qeyd olunur ki, universitet şəhərciyinin yaxınlığında baş verən güclü partlayış qonşu yaşayış məntəqələrini silkələyib.

"Partlayışın gücünə və səmaya qalxan qara tüstü sütununa əsasən, zərbə silah və ya neft məhsulları olan anbara endirilib", - agentliyin həmsöhbəti qeyd edib.

Bundan əvvəl Haret Horeyk məhəlləsində altı bina bombalanmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью