İsrail qırıcıları Türkiyənin hava məkanını pozdu KONKRET

17.06.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 13-də, İrana hücumların ilk gecəsində İsrail qırıcılarının bəziləri Türkiyənin hava məkanını pozub.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə “Hürriyet” qəzetinin əməkdaşı Hande Fırat məlumat verib.

O qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrini aşkar etdikdən dərhal sonra bir neçə F-16 qırıcısını havaya qaldırıb.

İsrail pilotlarına Türkiyə hava məkanını tərk etmələri əmri verilib və qırıcılar dərhal Türkiyə ərazisindən çıxıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью