İsrail qırıcısı öz ərazilərini bombaladı

15.04.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən biri Qəzza zolağına zərbə endirmək üçün döyüş əməliyyatı zamanı nasazlıq səbəbindən İsrail ərazisinə sursat atıb.

Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl Qəzza zolağına hücum zamanı döyüş təyyarəsindən atılan sursat texniki nasazlıq nəticəsində İsrailin sərhəd şəhəri Nir Yitzhak ərazisində açıq əraziyə düşüb”, - deyə məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, itki yoxdur və hadisə ilə bağlı araşdırma aparılır.

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью