İsrail qırmızı xətti keçdi Hizbullah

24.11.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

İsrail Beyrutun cənubuna zərbə endirməklə Livanın müqavimət qüvvələrinin görkəmli liderini öldürmək məqsədi güdürdü.

Axar.az xəbər verir ki, bunu Hizbullah Siyasi Şurasının sədr müavini Mahmud Kummati deyib.

"İsrail Beyrutun cənubuna hücum edərək qırmızı xətti keçdi. Cihadçı qanadın komandirlərindən biri öldürülüb və biz mərhumun şəxsiyyətini müəyyən etmək üçün çalışırıq", - deyə o bildirib.

Qeyd edək ki, İsrailin Beyruta zərbəsi nəticəsində Hizbullahın Baş Qərargah rəisi Heysəm Əli Təbatəbai öldürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью