İsrail Qolanı işğal etdi İrandan çağırış

10.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sionist rejimin (İsrail) Suriyaya təcavüzünü və Qolanın işğalını kəskin şəkildə pisləyirik.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O, həmçinin Qərb dövlətlərinin bu yöndə fəaliyyətsizliyini pisləyib.

Bəqai qeyd edib ki, Suriya xalqının rejim dəyişikliyi ilə üzləşdiyi bir zamanda İsrailin bu təcavüz aktı BMT nizamnaməsinin açıq şəkildə pozulmasıdır və dünya təşkilatı dərhal buna reaksiya göstərməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью