Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail Müdafiə Qüvvələrinin (IDF) qoşunları Qəzza zolağının cənubunda 4 kilometr uzunluğundakı tuneli dağıdıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağının cənubunda, Sarı Xəttin şərqində təxminən bir il əvvəl başlayan yeraltı tunelin sökülməsi işləri başa çatıb. 4 kilometr uzunluğundakı tuneldə bir neçə silah saxlanılan bunker var idi”, - məlumatda deyilir.
Qeyd olunub ki, IDF bölmələri atəşkəs müqaviləsinin şərtlərinə uyğun olaraq ərazidə yerləşdirilib və hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.