İsrail Qreta Tunberqi Qəzzaya buraxmayacaq

05.06.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Müdafiə Qüvvələri (SAXAL) göyərtəsində Fələstin tərəfdarı olan 12 fəalın, o cümlədən isveçli ətraf mühit fəalı Qreta Tunberqin olduğu "Madeline" gəmisinin Qəzza zolağı sahilinə yaxınlaşmasına icazə verməyib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, Şərqi Aralıq dənizinə bir həftə ərzində çatması gözlənilən gəminin Qəzza zolağına yaxınlaşmasına və ya onun sahillərində dayanmasına icazə verilməyəcək.

Bildirilir ki, İsrailin müdafiə naziri İsrael Katz yaxın vaxtlarda məsələ ilə bağlı əlavə qərarlar verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью