İsrail qüvvələri 12 fələstinlini həbs edib

12.03.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə boyu keçirdiyi reydlər zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 12 fələstinlini saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

A-Ram kəndində təhlükəsizlik qüvvələri silah anbarı və külli miqdarda döyüş sursatı da aşkar edib

Qeyd edilib ki, hərbçilər Kabatiyada axtarışlar zamanı partlayıcı qurğuların hazırlanması üçün təxminən 100 kq material tapıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью