İsrail qüvvələri İordan çayının qərb sahilində reydləri davam etdirir

11.06.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində əməliyyatlarını davam etdirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İsrail qüvvələri sübh saatlarında Nablus şəhərinin qərbində yerləşən Əl-Eyn düşərgəsinə daxil olub.

Məlumata görə, İsrail hərbçiləri həmçinin Beytləhm vilayətində yerləşən Beyt Sahur şəhərinə, eləcə də Əl-Ubeydiyyə və Dar Salah qəsəbələrinə reyd keçiriblər.

Bundan başqa, əsgərlər Nablusun şimal-qərbində yerləşən Burqa qəsəbəsində hərbi nəzarət məntəqəsi qurublar.

Fatimə İbrahimova,

BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью