İsrail razılaşmanın ilk mərhələsində Qəzzanın neçə faizinə nəzarət edəcək?

09.10.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) Qəzza zolağının təxminən 53 faizinə nəzarəti əlində saxlayacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ynet" portalı məlumat verib.

"SAXAL razılaşdırılmış geri çəkilmə xətlərinə yerləşdikdən sonra ordu Qəzza zolağının 53%-nə nəzarəti davam etdirəcək ki, bu, ABŞ Prezidenti Donald Trampın "sarı xətt"inə daxil olunandan təxminən 4 faiz azdır", - deyə məlumatda bildirilib.

Nəşr qeyd edib ki, Trampın Qəzza zolağında atəşkəs və girovlarla bağlı razılaşmaya dair planının birinci mərhələsi oktyabrın 9-da yerli vaxtla 15:00-da Siyasi və Təhlükəsizlik Məsələləri Kabineti tərəfindən, bir saat sonra isə hökumətin plenar iclasında təsdiqlənəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью