İsrail Rəfah sərhəd keçid məntəqəsini müəyyən şərtlər daxilində açmaq qərarına gəlib

26.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İsrail son girovun qalıqlarının axtarışının başa çatmasından sonra Qəzza ilə Misir arasındakı Rəfah sərhəd- keçid məntəqəsini məhdud vaxtlarda və tam nəzarəti altında açmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"Prezident Donald Trampın 20 maddəlik planının bir hissəsi olaraq, İsrail Rəfah sərhəd-keçid məntəqəsini yalnız insanların keçidi üçün məhdud vaxtlarda və tam İsrail nəzarəti altında açmağa razılaşıb. Keçidin açılması bütün sağ qalan girovların geri qaytarılması və HAMAS-ın bütün ölənlərin yerini müəyyən etmək və geri qaytarmaq üçün tam səyləri ilə şərtləndirilib", - məlumatda bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью