İsrail Rəfahda tibb işçilərini öldürüb HƏMAS dan ittiham

30.03.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

HƏMAS İsraili Rəfah şəhərində 14 nəfər tibb işçisi və xilasedicini öldürməkdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, bu barədə HƏMASın teleqram kanalında açıqlama yayılıb.

“HƏMAS İsrail ordusunun Rəfah şəhərinin Tell-əs-Sultan rayonunda törətdiyi cinayəti qəti şəkildə pisləyir. Orada bir neçə gün əvvəl əlaqə kəsilən 6 nəfər müdafiə xidməti işçisi və 8 nəfər Qırmızı Aypara tibb işçisinin cəsədləri tapılıb”, – açıqlamada deyilir.

Məlumatda cəsədlərin əlləri bağlanmış vəziyyətdə olduğu və bütün ölənlərin kütləvi məzarlıqda dəfn edildiyi qeyd edilib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью