İsrail regiondakı vəziyyəti ağırlaşdırır

16.07.2025

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İsrail daha bir ölkəyə, hərbi müdaxilə etməklə bölgədəki vəziyyəti ağırlaşdırdı.Dürziləri qorumaq adı altında, bu gün həyata kecirdiyi intensiv hərbi əməliyyatlar və havadan endirdiyi raket zərbələri, İsrailin Suriyada yenidən sabitliyi pozmaq planının tərkib hissəsi kimi qəbul edilə bilər. Konkret olaraq yeni qurulmaqda olan mərkəzləşdirilmiş dövlət və hökumət strukturlarını bombalayaraq, dağıtmağa niyyətlənmiş İsrail hökuməti ,yenidən Suriyada xaus yaratmaq təşəbbüsünü özünün Suriyada dəstəklədiyi proksi qüvvələri, dövlətə qarşı qaldırmaqla və onların guya hüquqlarının müdafiəsi ilə bağlı, əslində isə onlardan öz məqsədləri üçün istifadə edərək çirkin planlarınında alət etməklə, Suriyada sabitliyin pozulmasına səbəb olmağa çalışır.İsrail hökumətinin son illər ərzində Yaxın Şərqdə həyata keçirdiyi cinayətlər və ümumiyyətlə Yaxın Şərqdə İsrail
adına baş verənlər, beynəlxalq hüququn belə bu ölkə qarşısında aciz duruma salınması, eyni zamanda həmçinin, hər kəsdə, xof yaratmaq, qorxu və təzyiq mexanizmi cəhdləri hər zaman hər kəsin başının üzərində ola bilər kimi davranışlar və ölkənin yetkililəri tərəfindən verilən qeyri-insani mesajlar artıq İsrailin müttəfiqlərini belə çətin duruma salıb.İsrailin dürziləri qorumaq cəhdləri sadəcə İsrailin regionda növbəti oyunudur. Bu səbəbdən, İsrailin planında Suriyada normal dövlət quruculuğuna mane olmaq, ölkədə yenidən xaus və qanlı proseslərin davam etməsini təmin etmək məqsədilə, zəmin yaratmağa cəhdləri görmək olar.
Çingiz Şahbazi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью