İsrail rəhbərliyi ABŞ dan Türkiyənin Suriyada baza qurmasının qarşısını almasını istəyib Media

04.03.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail mətbuatı Türkiyənin Suriyada 3 hərbi baza quracağını iddia edərək, Tel-Əviv rəhbərliyinin bu bazaların yaradılmasının qarşısını almaq üçün ABŞ-a müraciət etdiyini yazıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, İsrailin "Hayom" qəzeti Tel-Əvivin Türkiyənin Suriyadakı təsirinə qarşı ABŞ-dan təminat istədiyini yazıb.

Xəbərdə Türkiyənin Suriyada üç hərbi baza qurmağı planlaşdırdığı iddia edilib. Təl-Əviv rəhbərliyinin Türkiyənin Suriyada hərbi baza qurmaması və İsrail əleyhinə siyasətlər inkişaf etdirməməsi üçün ABŞ-dan arxayınlıq təminatları tələb etdiyi iddia edilib.

Baas rejiminin devrilməsindən sonra İsrailin “Türk ordusu Suriyada birbaşa iştirak edəcəyi bir dövrə hazırlaşırdı” iddiaları da prezident Rəcəb Tayyib Ərdoğanın sözləri ilə birlikdə xəbərlərdə yer alıb.

Xəbərdə prezident Ərdoğanın: “Etnik və dini mənsubiyyətləri təhrik edərək Suriyanın qeyri-sabitliyindən istifadə etməyə çalışanlar bilməlidirlər ki, məqsədlərinə çata bilməyəcəklər”, - deyə verdiyi bəyanat da yada salınıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью