İsrail rəsmiləri yanvarın 17 də Qəzza sazişinin təsdiqini müzakirə edəcək

16.01.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin Təhlükəsizlik Kabineti və hökuməti yanvarın 17-də Qəzza zolağında girovların azad edilməsinə dair sazişi təsdiqləmək üçün bir araya gələcək.

APA xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.

Məlumata görə, son saatlarda aparılan danışıqlar zamanı Qəzzada atəşkəs rejimini nəzərdə tutan sazişin parametrləri ilə bağlı HƏMAS ilə qalan fikir ayrılıqları aradan qaldırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью