İsrail rusiyayönümlü partiyanın ofisini vurdu

17.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun mərkəzindəki Ras ən-Nəbəə bölgəsində yerləşən rusiyayönümlü Ərəb Sosialist Dirçəlişi Partiyasının qərargahını vurub.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Partiyanın ofisi vurulan binanın 6-cı mərtəbəsində yerləşir. Ölü və yaralılar var”, - məlumatda qeyd olunub.

Məlumata görə, partiyanın baş katibi Əli əl-Hicazi həmin vaxt ofisdə olmayıb.

Qeyd edək ki, bu gün İsrail aviasiyasının Beyrutun Ras ən-Nəbəə rayonuna endirdiyi zərbələr nəticəsində Hizbullahın informasiya xidmətinin rəhbəri Məhəmməd Afif öldürülmüşdü.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью