İsrail sandıq başında: “Bu, taleyimizi müəyyən edəcək”

27.10.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsraildə 7 oktyabr 2023-cü ildə Qəzza zolağına qarşı hərbi əməliyyatların başlamasından sonra ilk parlament seçkilərində səsvermə başlayıb.

Turkustan.az xəbər verir ki, ilkin məlumatlara görə, son iki saat ərzində təxminən 1,2 milyon nəfər səs verib və seçici fəallığı son 45 ilin ən yüksək səviyyəsinə çatıb.

Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb, seçki məntəqələrinin saat 22:00-da bağlanması nəzərdə tutulub.

İsrailin Baş naziri Binyamin Netanyahu həyat yoldaşı Sara Netanyahu ilə birlikdə Qüdsdəki seçki məntəqəsində səs verib.

Səsvermədən sonra açıqlama verən Netanyahu seçkilərin ölkənin gələcəyi baxımından əhəmiyyətini vurğulayıb:

“Bu, taleyimizi müəyyən edəcək bir andır. Nəyin təhlükədə olduğunu bilirik. İsrail Dövlətinin gələcəyi üçün səs verin”.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью