İsrail səfiri açıqladı: səlahiyyət müddəti bitir

12.05.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İsrailin Azərbaycandakı səfiri Corc Dik yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə diplomat APA-nın sorğusuna cavab olaraq bildirib.

Səfir bir-iki aya Azərbaycanı tərk edəcəyini qeyd edib:

“Mənim səlahiyyət müddətimin artıq başa çatması ilə bağlı yayılan məlumatların əksinə olaraq, hələ görməli olduğum çox şey var. Bu yay bir müddət vəzifədə qalacağam”, – o vurğulayıb.

Diplomat əlavə edib ki, bu barədə rəsmi açıqlama veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью