İsrail səfiri İranla bağlı qırmızı xətlər dən danışdı

10.02.2026

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"İranın nüvə proqramına dair danışıqlarda Vaşinqton və Təl-Əvivin mövqeləri üst-üstə düşür".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.

O, hər iki ölkənin "qırmızı xətləri"nin eyni olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 11-də Vaşinqtonda İran məsələsini müzakirə edəcəklər.

Xatırladaq ki, fevralın 6-da Omanda İran və ABŞ rəsmiləri arasında nüvə böhranı ilə bağlı danışıqlar keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью