İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

01.11.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Qarabağ səfərindən paylaşım edib.

Axar.az xəbər verir ki, səfir X hesabında bu sözləri yazıb:

"Qarabağa ikinci səfərimdir. İşlərin və tikinti prosesinin irəliləyişi sadəcə inanılmazdır. Körpülər, dəmir yolları, yollar, tunellər, kəndlər və şəhərlər - hamısı sürətlə inkişaf edir. Növbəti səfərimdə bu irəliləyişi görmək üçün səbirsizliklə gözləyirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью