İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

20.09.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin Azərbaycandakı səfirliyi Azərbaycanın 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.

Milli.Az xəbər verir ki, səfirliyin "X" platformasındakı paylaşımında bildirilib:

"İsrail Dövlətinin Səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir!

Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək diləyirik!"

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью