İsrail səmasını blokadaya almaq istəyirlər

05.05.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Husilər Ben Qurion da daxil olmaqla, yəhudi dövlətinin hava limanlarına zərbələr endirərək İsrailə qarşı tam səma blokadası yaratmağı planlaşdırırlar.
Reyting.az
xəbər verir ki, bunu Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib.
O, üsyançıların nəzarətində olan “Al Masirah” telekanalında deyib ki, İsrailin Qəzza zolağında aqressiv əməliyyatını genişləndirmək qərarına cavab olaraq, silahlı qüvvələr hava limanlarına, ilk növbədə İsraildə Ben Qurion hava limanı kimi tanınan Lod hava limanına çoxsaylı zərbələr endirərək, yəhudi dövlətinin tam hava blokadasını yaratmağa çalışacaqlar.
“Ənsar Allah”-ın hərbi sözçüsü şirkətləri hava yollarını "bu bəyanatın dərc edildiyi andan diqqətə almağa, təyyarələrin və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün İsrail limanlarına bütün uçuşları ləğv etməyə" çağırıb.
ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью