İsrail SEPAH qərargahına zərbə endirdi

06.04.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranda SEPAH qərargahına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.

Həmçinin, əlavə edilib ki, İsrail təyyarələri eyni vaxtda ballistik raket anbarına və İsrailə raket atmağa hazırlaşan buraxılış qurğularına hücum edib.

Qeyd edək ki, bundan öncə İsrailin Tehranın üç hava limanına - Bəhram, Mehrabad və Azmayeşə zərbələr endirdiyi açıqlanmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью