İsrail şərt qoydu: ABŞ və İran yalnız bu halda barışa bilər...

03.02.2026

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsraildə hesab edirlər ki, ABŞ və İran arasında əldə olunacaq istənilən razılaşma İslam Respublikasının ballistik raketlərdən tam imtinasını nəzərdə tutmalıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Tehran bu tələblə razılaşmayacağı təqdirdə, İsrail müstəqil şəkildə hərəkət etməyə və zərbə üçün Müdafiə Qüvvələrini (SAXAL) prosesə qoşmağa hazırdır.

İsraildə eyni zamanda ABŞ ilə İran arasında hərbi toqquşma ehtimalının artdığı ilə bağlı proqnozların gücləndiyi bildirilir. Bu ehtimallar xüsusilə tərəflər arasında danışıqların başlanması fonunda daha çox səsləndirilir.

Mənbənin sözlərinə görə, hadisələrin inkişafı üçün müxtəlif ssenarilər mümkündür: razılaşmanın əldə olunmasından tutmuş, birbaşa hərbi qarşıdurmaya qədər variantlar var.

İsrail təhlükəsizlik sistemində hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp yaxın günlər və ya həftələr ərzində yekun qərar verə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью