İsrail sığınacaq çadırını bombaladı: 4 fələstinli öldü

18.11.2024

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İsrail yenə çadırları hədəf aldı.

Turkustan.az xəbər verir ki, İsrail Qəzza zolağının cənub-qərbindəki Mevasi bölgəsində qaçqın çadırına endirdiyi hava zərbəsi nəticəsində 2-si uşaq olmaqla 4 fələstinli həyatını itirib.

Hadisə şahidləri İsrail döyüş təyyarəsinin "Xan Yunus"un qərbindəki sahil zolağında yerləşən Mevasi bölgəsində bir çadırı hədəf aldığını və hücumun ətrafdakı digər çadırlarla yanaşı sözügedən çadırda da yanğına səbəb olduğunu bildirib. Fələstin səhiyyə orqanlarının verdiyi açıqlamada hücum zamanı ölənlərlə yanaşı yaralananların da olduğu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью