Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail ordusu Qəzzanın Xan Yunis bölgəsinə endirilən zərbə nəticəsində HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarın mühafizəçisini məhv edib.
Axar.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.
Məlumata görə, öldürülən şəxsin Sahil Süleyman Əbu Şahma olduğu bildirilib.
Qeyd olunub ki, Əbu Şahma 2023-cü il oktyabrın 7-də “Nuhba” xüsusi təyinatlı dəstəsinin Reim kibutsuna hücumunda iştirak edib.
Xan Yunis bölgəsinə endirilən başqa bir zərbə nəticəsində HƏMAS üzvü Hazem Musa da öldürülüb.
Qeyd edək ki, Əbu Şahma 2024-cü ilin oktyabrında öldürülüən HƏMAS lideri Yəhya Sinvarın mühafizəçisi olub.