İsrail şirkəti bu tarixə qədər Moskvaya uçuşları ləğv etdi

30.12.2024

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, İsrailin "El Al" aviaşirkəti Moskvaya uçuşları ləğv edib.

Sitat.info xəbər verir ki, bu barədə RİA-ya danışan aviaşirkətin nümayəndəsi uçuşların 2025-ci ilin mart ayının sonuna qədər dayandırıldığını təsdiqləyib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub qəzaya uğramasından sonra bir neçə ölkənin hava yolları Rusiyaya uçuşlarını müvəqqəti dayandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью