İsrail son 24 saatda HƏMASın 40a yaxın hədəfini vurdu

03.01.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İsrail Hərbi Hava Qüvvələri son 24 saatda Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının 40-a yaxın hədəfinə zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələrin hədəfi HƏMAS silahlı qruplarının üzvlərinin 40-a yaxın toplaşma məntəqəsi, eləcə də anklavda bir sıra HƏMAS komandanlıq məntəqələri olub.
Ordunun bildirdiyinə görə, zərbələr nəticəsində onlarla HƏMAS üzvü öldürülüb.
Mətbuat xidmətinin məlumatına görə, bəzi məntəqələr keçmiş məktəblərin ərazisində yerləşib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью