Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Knessetinin yeni seçilmiş spikeri Matan Kahana Avropa ölkələrini "sanksiyalar və təhdidlər dilindən" imtina etməyə və İsraillə münasibətlərdə yeni səhifə açmağa çağırıb.
Turkustan.az xəbər verir ki, noyabrın 10-da müxalifət bloku və İsrail vətəndaşlarını təmsil edən ərəb (Fələstin) partiyalarının səsləri ilə Knessetin sədri seçilən Kahana bir sıra Avropa ölkələrinin parlament nümayəndə heyətlərini qəbul edib.
Görüş zamanı spiker bildirib: "İkitərəfli münasibətlərdə yeni səhifə açmağımız üçün Avropa İsrailə qarşı sanksiya və təhdid dilindən əl çəkməlidir".
Avropadakı bəzi dairələrin İsrailin düşmənləri ilə mübarizə apardığı bir vaxtda ona zərər vurmağın yollarını axtardığını iddia edən Kahana, "Keçmiş səhvlərə qayıda və düşmənlərimizin bizə yaratdığı təhdidləri lazımınca qiymətləndirməyə bilmərik" ifadəsini işlədərək İsrail ordusunun Qəzza zolağına hücumlarına haqq qazandırmağa çalışıb.
Aytən Yaşar/ Turkustan.az