İsrail sual qarşısında: ABŞ nin HƏMAS gizli vədləri varmı?

25.11.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

İsrailin "Ynet" xəbər saytı öz mənbələrinə istinadən yazır ki, belə gizli vədlər İsrail Ordusunun tələblərinə zidd düşən zəmanətlər də var. Məsələn, vasitəçilər icazə veriblər ki, əsirlər azadlığa buraxılanda HƏMAS yaraqlıları Qəzza zolağında "mülki şəxs qismində" 72 saat qala bilsinlər: "Deməli, qruplaşma, bu və ya digər təzyiqlərə baxmayaraq, öz nüfuzunu qorumaq, hətta daha da artırmaq imkanına malikdir".
Qəzetin məlumatına görə, İsrail hökuməti artıq əminliyə varıb ki, iranyönümlü qruplaşma silahını "güc tətbiqinin sayəsində" yerə qoymaylb. Bu məqamda da yaraqlıları razı salan məhz həmin gizli vədlərdir:
"Danışıqlara əsasən, HƏMAS özünün yalnız raketlər və pilotsuz uçuş aparatlarını (PUA) beynəlxalq qüvvələr təhvil verəcək. Bu o deməkdir ki, təşkilat kiçik çaplı silahları, partlayıcı sursatı öz əlində saxlaya biləcək".
Belə bir vəziyyətdə İsrailin hərb mütəxəssislərinin həyəcan təbili çalırlar. Onların fikrincə, HƏMAS-a qarşı bu "mülayim yanaşma" onun dirçəlməsinə gətirib çıxaracaq: "Qruplaşma gücünü tamamilə itirmədiyi üçün silah-sursat istehsalına, infrastruktur quruculuğuna yenidən başlaya, İsrailə qarşı əlaltı müharibəsindən əl çəkməyə bilər".
Xatırladaq ki, oktyabrın 9-da HƏMAS ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıblar. Noyabrın 18-də isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Donald Trampın Qəzzadakı vəziyyətin həlli istiqamətində hərtərəfli planına dair qətnaməni təsdiqləyib. Qətnaməyə əsasən, zolaqda ABŞ tərəfindən müvəqqəti idarə orqanı – Sülh Şurası yaradılacaq, ikiillik mandata malik beynəlxalq sabitləşdirmə qüvvələri formalaşdırılacaq.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью