İsrail Suriya donanmasına hücum etdi KONKRET

10.12.2024

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail Suriyanın qərbindəki Latakiya limanı və Minat əl-Bayda (Latakiyanın şimalı) bölgəsində Suriya  donanmasının məhv edilməsi üçün genişmiqyaslı əməliyyat keçirdiyini təsdiqləyib.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki,  hücum raket korvetlərindən istifadə edilməklə həyata keçirilib. Məlumatlara əsasən, Suriya Hərbi Dəniz Qüvvələrinə məxsus onlarla raket daşıyan bir neçə gəmi məhv edilib.

Hücumun məqsəd silah və sursatların İsrailə düşmən olan ünsürlərin əlinə keçməsinin qarşısını almaqdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью