İsrail Suriya ərazisinə zərbələr endirdi

30.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

İsrail hərbi hava qüvvələri noyabrın 30-da Suriyanın Livanla sərhədindəki "Hizbullah" hədəflərinə zərbələr endirib.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb .

Məlumata görə, zərbələrin hədəfi "Hizbullah" tərəfindən Suriya ərazisindən Livana qaçaqmalçılıq yolu ilə silah keçirmək üçün fəal şəkildə istifadə edilən hərbi infrastruktur olub. Bunlar Suriya və Livan arasındakı sərhəd keçidlərinin yaxınlığında yerləşən obyektlərdir .

Lalə, Bakupost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью