İsrail Suriya HHM qüvvələrinin Deyr əzZor əyalətindəki mövqelərinə zərbələr endirib

18.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İraqla sərhəddə yerləşən Deyr əz-Zor əyalətinin şərqində Suriyanın hava hücumundan müdafiə batareyasına və erkən xəbərdarlıq radarına raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.

Məlumata görə, Suriya Ordusu Xarabış rayonundakı kazarmasına da hava hücumu həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью