İsrail Suriya ilə sərhədə əlavə qüvvələr göndərdi

08.12.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

İsrail Ordusu Suriya ilə sərhəddə Qolan təpələrindəki bufer zonada qüvvələrini yerləşdirməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“Mövcud vəziyyətin qiymətləndirilməsindən sonra və son 24 saat ərzində Qolan təpələrində yüksək hazırlıq tədbirlərinin bir hissəsi olaraq, İsrail Müdafiə Qüvvələrinin quru və hava bölmələri, bundan əlavə, bölgədəki bütün müdafiə strukturları yerləşdirilib", - məlumatda deyilir.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Suriyadakı hadisələri “Yaxın Şərq üçün tarixi gün” adlandıraraq, bunun ölkəsi üçün böyük imkanlar açdığını qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью