İsrail Suriya ordusunun hərbi obyektlərini vurdu

20.03.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İsrail Müdafiə Ordusu (İDF) Suriyanın əs-Süveydə bölgəsində druz əhalisinə qarşı həyata keçirilən hücumlara cavab olaraq Suriya rejiminin hərbi infrastrukturuna zərbələr endirib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı rəsmi bəyanatda bildirilir.

Məlumata görə, gecə saatlarında həyata keçirilən əməliyyat nəticəsində Suriyanın cənubunda rejimə məxsus hərbi şəhərciklərdəki komanda mərkəzi və silah-sursat anbarları hədəf alınıb.

İDF-nin bəyanatında bu zərbələrin cümə axşamı druz mülki vətəndaşlarına qarşı törədilən hücumlara cavab xarakteri daşıdığı vurğulanıb:

"İsrail ordusu Suriyadakı druz əhalisinə qarşı hər hansı zərər verilməsinə dözməyəcək və onları müdafiə etmək üçün əməliyyatlarını davam etdirəcək".

Qeyd olunub ki, İsrail ordusu Suriyanın cənubundakı hadisələri diqqətlə izləyir və siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, əs-Süveydə bölgəsi Suriyada druz icmasının kompakt yaşadığı əsas ərazilərdən biri hesab olunur və son günlər bölgədə gərginlik kəskin artıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью