İsrail Suriyada öz nəzarət zonasını genişləndirir

16.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əsəd rejimi devrildikdən sonar İsrail ordusu Suriyada öz nəzarət zonasını genişləndirir.

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, İsrail hərbi birləşmələri Suriyanın cənubunda daha üç yeni kənd işğal ediblər.

İsrail ordusunun bölmələri Dəra vilayətində Cəmlə və Dəməşq çölündə Məzraat Beyt Cin və Məğər əl-Mir kəndlərini ələ keçirib.

Xatırladaq ki, dekabrın 8-də müxalif Heyət Təhrir əl-Şam (HTS) qüvvələri Dəməşqi ələ keçirəndən dərhal sonra İsrail hərbi birləşmələri Suriya ilə 1974-cü ildə imzalanmış qarşılıq müdaxilədən çəkinmə sazişini pozaraq Colan təpəliklərinin ətrafındakı buffer zonanaya müdaxilə edərək ərazini nəzarətə götürüb. 

Bununla yanaşı, İsrail Hərbi Hava Qüvvələri Əsəd rejiminə məxsus olan hərbi donanma, hava hücumundan müdafiə sistemlərini və silah anbarlarını bombalayaraq tam sıradan çıxarıb. 

İsrailin Suriyadakı addımlar Birləşmiş Millətlər Təşkilatı və bir sıra ərəb ölkələri tərəfindən kəskin şəkildə pislənilib.

BMT-nin müşahidəçilərinin nəzarəti altında olan bufer zonasının uzunluğu 75 və eni isə 10 kilometr olub. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью