İsrail Suriyada reyd keçirib

03.08.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İsrail hərbçiləri gecə saatlarında Suriyanın cənubunda reyd keçiriblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, reyd Hader qəsəbəsi ərazisində keçirilib:

"Reydin məqsədi silah qaçaqmalçılığının qarşısını almaq olub. Hərbçilər hadisə yerində silah dövryyəsində iştirakda şübhəli bilinən bir neçə nəfəri dindiriblər. Əməliyyat zamanı tapılan silahlar müsadirə edilib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью