İsrail Suriyadakı Sufa 53 əməliyyatını bərpa etdi

06.10.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

İsrail ordusu Suriyanın Quneytra əyalətinin cənubundakı Əşşa kəndinin qərbində “Sufa 53” layihəsi çərçivəsində əməliyyatlarını bərpa edib.

Turkustan.az xəbər verir ki, Suriya dövlət televiziyası “Əl-İxbariyyə”nin məlumatına görə, İsrail ordusuna məxsus hərbi maşınlar ərazidə xəndəklər qazmağa və torpaq bəndlər inşa etməyə başlayıb. İşlərin Suriya-İsrail demarkasiya xətti boyunca davam etdiyi bildirilir.

2022-ci ildən həyata keçirilən “Sufa 53”, həmçinin “Böyük Fırtına Əməliyyatı” kimi tanınan layihə təxminən 70 kilometr uzunluğunda xətt boyunca yol, torpaq bəndlər, müşahidə məntəqələri və xəndəklərin inşasını nəzərdə tutur.

Layihə işğal altında olan Qolan Təpələrinin şərqindəki bufer zonasında həyata keçirilir. Suriya tərəfinin məlumatına görə, bu müddət ərzində minlərlə akr kənd təsərrüfatı torpağına giriş məhdudlaşdırılıb.

Suriya tərəfi layihənin 1974-cü il razılaşması ilə müəyyən edilmiş vəziyyətə təsir etdiyini, kənd təsərrüfatı torpaqlarına zərər vurduğunu və yerli əhalinin öz torpaqlarına çıxışını məhdudlaşdırdığını bildirir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью