İsrail Suriyadakı tankları vurub

14.07.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

İsrail ordusu Suriyada bir neçə tankı vurub.

APA İsrail ordusuna istinadən xəbər verir ki, əl-Məzrəə və Sami bölgələri arasında aşkarlanan tanklar Suriyanın cənubunda yerləşən əs-Suveydəyə yaxınlaşmaq üçün hərəkət ediblər.

İsrail ordusu hərbi texnikaların Suriyanın cənubunda yerini möhkəmləndirməsinə icazə verilməyəcəyini bəyan edərək, tankları məhv edib.

Suriya Daxili İşlər Nazirliyi isə Suveyda bölgəsinə hərbi texnika göndərdiyini təsdiq edərək, burada məqsədin xaosun qarşısını almaq, asayişi təmin etmək olduğunu bəyan edib və bunu milli vəzifə adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью