Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ordu Suriyanın cənubundakı ərazilərdən geri çəkilməyəcək.
"Cebheinfo.az" xəbər verir ki, Netanyahu bu açıqlamanı İsrailin səfirləri, diplomatik nümayəndəlik rəhbərləri və Xarici İşlər Nazirliyinin rəhbər şəxslərinin iştirak etdiyi konfransda çıxışı zamanı verib. O, "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşmasının Suriyada hakimiyyəti ələ keçirməsindən sonra İsrailin nəzarətində olan bölgələrdən çıxmayacaqlarını bir daha vurğulayıb.
Netanyahu Bəşər Əsədin devrilməsindən dərhal sonra İsrailin Suriyanın cənubunda işğal etdiyi Cəbəl əş-Şeyx (Hermon dağı) və 1967-ci ildən bəri işğal altında saxladığı Qolan Təpələrinə bitişik tampon zona ilə bağlı olaraq, “Bu mövqeləri qorumaq istəyirik”,- deyə bildirib.
O, həmçinin Şam rəhbərliyi ilə Suriyanın cənubunun silahsızlaşdırılması və bölgədəki druz icmasına dəstək verilməsini təmin edəcək bir razılaşmaya nail olacaqlarına ümid etdiyini söyləyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin