İsrail Suriyanı durmadan bombalayır

14.12.2024

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələri Suriya ordusunun Latakiya və Tartusdakı hədəflərinə hücum edib. Qırıcılar Suriyada 6 hərbi obyektə raket zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə "Elnashra" xəbər portalı məlumat yayıb.

Bildirilir ki, ölkənin cənubunda yerləşən Əs-Suveyda əyalətində Suriya ordusunun Dəməşqə gedən magistral yolun yaxınlığında yerləşən Tel əl Klib və Əl-Kufar yaşayış məntəqələrindəki hərbi kazarması hava hücumuna məruz qalıb. Horş əs-Saxva bölgəsində daha bir kazarma atəşə tutulub.

Adəm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью