Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İsrail ordusu Suriyanın cənubunda yerləşən Kuneytra vilayətinin kəndlərində kənd təsərrüfatı torpaqlarını ağır pulemyotlarla hədəf alıb.
"Cebheinfo.az" xəbər verir ki, Suriyanın dövlət televiziyası "Əl-İxbariyyə"nin xəbərinə görə, İsrail qüvvələri Kuneytranın cənub kəndlərindəki Kodna qəsəbəsi yaxınlığında yerləşən Tel bölgəsi ətrafındakı əkin sahələrinə atəş açıblar. Hücum zamanı can itkisi və ya yaralanma barədə məlumat verilməyib.
Suriyanın rəsmi agentliyi olan “SANA”-da dünən İsrail qüvvələrinin Deranın qərb kəndlərindəki Abidin və Maraba kəndləri arasındakı əraziyə üç top mərmisi atdığını, hücumda can itkisinin yaşanmadığını bildirmişdi.
Qeyd olunub ki, İsrail ordusu Kuneytranın şimal kəndlərindəki Cebata əl-Haşab qəsəbəsi ətrafındakı kənd təsərrüfatı torpaqlarını da top atəşinə tutub, bu hücumda da hər hansı yaralanma halı qeydə alınmayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin