İsrail Suriyanı vurdu: 250 hədəfə hücum edildi

10.12.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bəşər Əsəd rejiminin süqut etdiyi Suriya administrasiyasında keçid prosesi davam edərkən, İsrail Suriya ərazisinə hücumlarını gücləndirdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail Suriya ərazisində 250-dən çox hərbi obyektə hücum edib.

Dəməşqdə kimyəvi silah istehsalı müəssisəsi olduğunu iddia etdiyi binanı vuran İsrail, Latakiyadakı hava hücumundan müdafiə obyektini də hədəf alıb. İsrail ordusu “kritik silahlar üsyançıların əlinə keçmir” əsaslandırması ilə Suriyadakı boşluğu bir fürsət olaraq görür.

Digər tərəfdən, İsrail Colan təpələrinin işğalını genişləndirdi. İsrailin baş naziri Benyamin Netanyahu Qolan təpələrinin “əbədi olaraq İsrailin ayrılmaz hissəsi olacağını” iddia edib.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью