İsrail Suriyanı vurdu, Türkiyə cavab verdi

21.03.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin Suriyanın cənubundakı hərbi infrastrukturu hədəf alan hücumunu pisləyirik.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Biz İsrailin Suriyanın cənubundakı hərbi infrastrukturu hədəf alan hücumunu təhlükəli eskalasiya kimi qiymətləndiririk və bunu qətiyyətlə pisləyirik. İsrailin bu hücumu Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir və beynəlxalq hüququa ziddir. Türkiyə bölgədə davamlı sabitlik və təhlükəsizlik yaratmaq səylərində Suriya hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirməyə davam edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью