İsrail Suriyanın 12 mövqeyinə hücum edib

16.12.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və Hərbi Dəniz Qüvvələrinin gəmiləri Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin 12 batareyasına və erkən xəbərdarlıq radarlarına raket zərbələri endirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail təyyarələri Tartus və Latakiya arasındakı sahilyanı bölgələrdə hərbi obyektlərə hücum edib.

Bundan əlavə, Suriya ordusunun Tartus şəhərinin (Dəməşqdən 220 km) şərqində yerləşən sursat anbarlarına hava hücumları həyata keçirilib.

Qeyd edilir ki, hücum nəticəsində ölən və yaralananlar var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью