İsrail Suriyanın bu ərazisini ƏLƏ KEÇİRDİ

08.12.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

İsrail Müdafiə Qüvvələri Suriyanın Hermon dağındakı postunu ələ keçirib.

Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, Hermon əvvəllər Suriyanın nəzarəti altında olan Suriya və Livan sərhəddində yerləşən dağ silsiləsidir. Hermonun cənub yamacları qismən Qolan təpələrinə keçir. Qolan təpələrinin böyük hissəsi İsrailin, şərq hissəsi isə Suriyanın nəzarətindədir

İsrailin baş naziri Netanyahu Suriya ilə 1974-cü ildə imzalanmış delimitasiya sazişinin Suriya qoşunlarının çıxarılması səbəbindən iflasa uğradığını, buna görə də İsrailin Colan təpələrində bufer zonasını işğal etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью