İsrail Suriyanın cənubuna hücumlar edib

03.04.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Suriyanın cənubundakı Dəra vilayətinin qərb hissəsini minaatan və artilleriya atəşi ilə hədəfə alıb.

Xalqcəbhəsi.az “ahaber.com.tr”-yə istinafən bildirir ki, axşam saatlarında Suriyanın paytaxtı Dəməşq ilə Həma və Homs əyalətlərinin bəzi nöqtələrini vuran İsrail, Dəranın qərbindəki ərazilərə də hücum edib.

Qeyd edək ki, 8 dekabr 2024-cü ildə Əsəd rejiminin süqutundan sonra Suriyanın cənubundakı bəzi yaşayış məntəqələrini işğal edən İsrail Dəra vilayətinin Tel Cumu və Tel Cəbiyə bölgələrini minaatan və artilleriya hücumları ilə hədəfə alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью