İsrail Suriyanın paytaxtına zərbə endirb Hara vurulub?

13.03.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqə hücum edib

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail təyyarələri yerli vaxtla saat 13:45-də Masro Dummar ərazisindəki binanı bombalayıblar.

Bildirilib ki, hücumdan sonra iki güclü partlayış səsi eşidilib.

İsrailin "Kanal 14" televiziyasının xəbərinə görə, Dəməşqə həyata keçirilən hava hücumunda Fələstin İslami Cihad Hərəkatının qərargahı vurulub.

Tahir Şəlvəli
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью