İsrail Suriyaya hücum edib, 6 nəfər ölüb

27.11.2024

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin Suriya və Livan sərhədindəki nəzarət-buraxılış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ikisi hərbçi olmaqla azı 6 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Gecə saatlarında İsrail Suriyanın Homs əyalətində Suriya və Livan sərhədindəki nəzarət-buraxılış məntəqələrini atəşə tutub”, - agentliyin mənbəsi bildirib.

Hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla, ən azı 12 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью