İsrail Suriyaya zərbə endirildiyini təsdiqləyib

13.03.2025

Icma.az, Azpost portalına istinadən məlumat verir.

İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqə zərbə endirildiyini təsdiqləyib.

Bu barədə İsrail MN məlumat yayıb.

İsrailin müdafiə naziri İsrael Katz da Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqdə hava hücumu həyata keçirdiyini təsdiqləyib.

Katz bildirib ki, Suriyanın yeni hökumətinin fəaliyyəti İsraili təhdid edərsə, HHQ-nin təyyarələri hədəfləri vuracaq.

Suriyanın dövlət xəbər agentliyinin məlumatına görə, İsrail təyyarələri Dəməşqdə bir binanı hədəf alıb. Suriyanın iki təhlükəsizlik mənbəsi isə “Reuters“ə hədəfin fələstinli şəxsin olduğunu bildirib.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью